“Yalnız qapını açdıq və içəri girdik”
05.04.2013 - 05:00
“Yalnız qapını açdıq və içəri girdik”
“Siz məni səbirli gördünüz. Amma mən eyni şeyi deyə bilməyəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib.

O, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə evində “Latsio” (2:0) ilə qarşılaşmadan sonra matç haqda fikirlərini ifadə edib: “İkinci yarıda çətin ötürmələr, məcburi driblinqlər rəqibin daha çox topa malik olmasına gətirib çıxardı. Bunu onlar bizə məcbur etdilər. Əvvəl bir qədər çətinlik yaşadıq. Belə bir oyunda asan olmur. Oyunçular ötürmələri azaldanda tribunalarda azarkeşlər narazılıqlarını bildirirlər. İkinci hissədə 10-15 dəqiqə tərəddüd etdikdən sonra oyunda təşəbbüsü ələ aldıq. Pressinq etdik və 2 qol vurduq. Hazırda yalnız qapını açdıq və içəri girdik”.