Terri hakimin ədalətsizlik etdiyini bildirdi
05.04.2013 - 05:40
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə evində “Rubin”i (3:1) məğlub edən “Çelsi”nin müdafiəçisi Con Terri matç haqda fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, ingiltərəli futbolçu hakimin qapılarına təyin etdiyi penaltinin ədalətsizlik olduğunu ifadə edib.
Terri hələ heç nəyin həll olunmadığını vurğulayıb: “Oyunu kifayət qədər tez bir zamanda 2:0 etdik. Amma sonra hakim bizim qapılarımıza penalti təyin etdi. Hesab edirəm ki, bu, ədalətsizlik oldu. Penalti şübhəsiz yox idi. Mən 0,2 saniyə ərzində əlimi götürdüm. O bədənimə sıxılmışdı. “Rubin” güclü rəqibdir. Bizim qarşılaşmamızda hələ heç nə həll olunmayıb. Düşünürəm ki, bizi Rusiyada çətin matç gözləyir”.

0
0