“Tottenhem”in uelsli futbolçusu zədələndi
05.04.2013 - 06:42
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə doğma publika önündə “Bazel”lə qarşılaşan “Tottenhem”də Qaret Beyl şoku yaşanıb. Apasport.az saytının məlumatına görə, matçın əlavə dəqiqələrində ulduz futbolçunun sağ ayağı burxularaq bir müddət yerdə qalıb.
Daha sonra böyük ağrılar içərisində oyunu tərk edən uelsli oyunçun zədəsinin ciddi olub-olmadığı bu gün tibbi müayinədən keçdikdən sonra bilinəcək. Ehtimal edilir ki, Beyl 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Tottenhem” - “Bazel” matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

0
0