Planetin 99-cusu
05.04.2013 - 08:04
Planetin 99-cusu
Milli komandaların baş məşqçilərinin reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın müxtəlif futbol yığmalarını çalışdıran 448 mütəxəssis yer alıb.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts siyahıda 99-cu pillədə qərarlaşıb. Almaniyalı mütəxəssisin hesabında 2781 xal var. Azərbaycanlı çalışdırıcıların yer almadığı cədvəldə millimizin alman baş məşqçi yeganə təmsilçimiz deyil.

Belə ki, “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak da siyahıda yer alıb. O, Azərbaycandan əvvəl son iş yeri olan Makedoniya yığmasındakı fəaliyyəti ilə bura düşüb. 667 xalı olan böyük britaniyalı 247-cidir.

Vaxtilə ölkəmizdə çalışmış Aleksandr Starkov, Vinfrid Şafer və Kemal Alispahiç də reytinq siyahısında yer alıblar. Azərbaycanda 2 klubda – “Muğan” və “Rəvan”da işləmiş sonuncu Tacikistan yığmasındakı işi ilə 211 xal yığıb. O, 349-cudur.

“Bakı” klubunda işləmiş əcnəbilər hazırda müvafiq olaraq Latviya və Tailand millilərinə rəhbərlik edir. Starkov 3354 xalla 81-ci yerdə, Şafer isə 1358 xalla ondan 169-vu pillədədir.

Siyahıya İspaniya yığmasının baş məşqçisi Visente del Boske başçılıq edir – 21.816 xal. İkinci pillədə almaniyalı Yoahim Löv (18.990), üçüncü pillədə isə hollandiyalı Bet van Marveyk (15.252) qərarlaşıb.