Millimizə qol vurdu, Ruslan Abışovun yolunu açır
05.04.2013 - 08:14
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” israilli legioneri Bibras Natxo ilə razılığa gələ bilmir. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin rəsmi nümayəndəsi və əmisi olan Adam Natxo kazanlılarla yeni müqavilə ilə bağlı hələ anlaşa bilmədiklərini açıqlayıb.
Onun sözlərinə görə, “Rubin”lə müqavilənin uzadılmağı ilə bağlı danışıqlar hələ ötən ilin iyulundan başlayıb: “Ancaq biz hazırkı vəziyyətdə heç bir konkret nəticə əldə etməmişik. Mən futbolçuya maraq göstərən klubların adlarını açıqlamayacağam. O, “Rubin”in futbolçusu sayılır və indi klubla müqavilə öhdəlikləri ilə bağlıdır”.
Qeyd edək ki, millimizlə cari seçmə mərhələnin ilk oyununda, Bakıda 1:1 hesabı ilə nəticələnən rəsmi oyunda qol vuran Bibras onda fərqlənən Ruslanın mövqeyində, dayaq yarımmüdafiəçisi kimi çıxış edir.

0
0