“Simurq” məğlubiyyətdən qaçdı - YENİLƏNİB
05.04.2013 - 16:49
“Simurq” məğlubiyyətdən qaçdı - YENİLƏNİB
Bu gün Topaz Premyer Liqasında XXV tura start verilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin ispaniyalı baş məşqçi əvəzi Luis Araqon milli çempionatımızda debütündə qələbəyə çox yaxın olsa, bunu son dəqiqələrdə əldən verib.

Belə ki, meydan sahibləri ikinci hissənin əvvəlində hesabı açsa da, 90-cı dəqiqədə buraxdığı qolla 3 xalı qaçırıb. Fasilədən sonra vurulan qollarda rəqibin qapıçı və müdafiə xəttinin kobud səhvləri öz sözünü deyib.

Bununla da “Qəbələ” ölkə kubokunu da nəzərə alsaq, qələbəsiz oyunlar seriyasını 6-ya çatdırıb. Qəbələlilər “Simurq”la cari mövsümdə keçirdiyi 3-cu oyunda da onu məğlub edə bilməyərək, 7 xallıq fərqi aradan qaldıra bilməyib. Bu nəticədən sonra hər 2 əyalət təmsilçisi növbəti tura kimi öz möqvelərində qalacaq.


5 aprel
“Qəbələ” – “Simurq” - 1:1
QOLLAR: Lorival Assis, 54 – Tomislav Buşiç, 90
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 0:1

“Qəbələ”: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Lorival Assis, 23. Şəhriyar Xəlilov, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Dejan Kelhar
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Nikola Valentiç, 8. Kristian Pulhak, 9. Viktor Mendi, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 39. Sadiq Quliyev
Məşqçi: Luis Antoni Araqon

“Simurq”: 22. David Pietrzkeviç, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 20. Rəşad Eyyubov, 21. Murad Səttarlı, 28. Nenad Kiso
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 9. Marçin Burxardt, 12. Tomislav Buşiç, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov
Baş məşqçi: Georgi Çixradze


komandaoqhmtx
1
Neftçi
24
15
3
6
49-25
48
2
İnter
24
12
8
4
26-14
44
3
Qarabağ
24
11
9
4
31-20
42
4
Simurq
25
10
10
5
27-17
40
5
Bakı
24
7
13
4
26-16
34
6
Qəbələ
25
9
6
10
28-31
33
7
AZAL24
8
9
7
36-27
33
8
Xəzər L
24
7
8
9
33-29
29
9
Sumqayıt
24
7
7
10
25-39
28
10
Rəvan
24
8
4
12
30-38
28
11
Turan
24
6
5
13
26-45
23
12
Kəpəz
24
2
4
18
13-49
10

Bombardir: Nikolas Kanales (Neftçi) –20