Diniyev millidən kənarda qaldı
05.04.2013 - 10:26
Diniyev millidən kənarda qaldı
Aprelin 8-dən 13-ə qədər Moldovada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Coşqun Diniyev və Mirkamil Həşimli isə yığmanın təlim-məşq toplanışına qatılmayacaq.

Futbolçuların millidən kənar qalma səbəbləri fərqlidir. "İnter"də çıxış edən Diniyevə zədəsi mane olub. Həşimli isə şərəfini qoruduğu Türkiyənin "Fənərbaxça" klubunun heyətində turnirdə iştirak edəcəyinə görə yığma ilə hazırlıq keçməyəcək.

Mənbə: affa.az