Berti Foqts qolf turnirinə qatılır
05.04.2013 - 10:48
Berti Foqts qolf turnirinə qatılır
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yubileyə dəvət alıb. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı vətənində keçiriləcək ənənəvi qolf turnirinin iştirakçısı olacaq.

Sayca yubiley – 10-cu dəfə təşkil olunacaq Korşenbroyxdakı xeyriyyə xarakterli turnirdə yeganə məşhur sima Foqts olmayacaq. Tanınmış futbol adamlarından Rayner Bonhof və Bernd Krauss da yarışa qatılacağını təsdiqləyib.

Yarışda qüvvəsini sınamaq üçün bir sıra əfsanələrə də təklif göndərilib. Onlar arasında idman aləminin məşhurları Frans Bekkenbauer, Boris Bekker və Katerina Vitt həmçinin aktrisa Veronika Ferres də var.

Qeyd edək ki, iyunun 21-də keçiriləcək turnir Foqts üçün ilk belə yarış olmayacaq. Təcrübəli mütəxəssis əvvəllər də vətənində qolf turnirlərində iştirak edib.