“Ayda 15 min manat qazanırsa, onu İspaniyaya necə aparım?”
05.04.2013 - 13:32
“Dünya futbolunun ürəyi sayılan İspaniyada Bakının adını daşıyan klubun olması yaxşı haldı. Bizim komanda hazırda III divizionda 4-5-ci pillələrdə qərarlaşıb. Məqsədimiz növbəti mövsüm Sequndaya vəsiqə qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Baku Hellin Deportivo” futbol klubunun prezidenti Gülnarə Xanbabayeva deyib.
İspaniyanın Valensiya şəhərində fəaliyyət göstərən Azərbaycan-İspaniya Qardaşlıq Cəmiyyətinin sədri olan həmyerlimiz bu gün keçirdiyi mətbuat konfransında “Baku Hellin Deportivo” barədə danışıb.
Xanbabayeva bildirib ki, 1919-cu ildən yaranan klubun tarixində ilk dəfə II divizionda təmsil olunmasına çalışırlar: “İspanlar klubumuzun adında “Bakı” sözünü görəndə, elə bilirdilər Valensiya şəhərinin bir məhəlləsidir. Ancaq biz orada Bakını, Azərbaycanı tanıtdıra bilirik. Mübarizə apardığımız divizionun lideri “Toledo” klubunun 1 milyon 200 min avro büdcəsi var. Bizdə isə illik xərc 400 min avro təşkil edir. Əgər II diviziona çıxsaq, bizə maraq, sponsorlar çoxalacaq və onda büdcəmiz 3 milyona yaxın olacaq. Komandamızda 2 legioner var. Bunlardan braziliyalı hücumçu zədəlidir, andorralı yarımmüdafiəçi isə yığmasının üzvüdür. Ev oyunlarımıza 2000-2500 azarkeş gəlir”.
Xanbabayevanın sözlərinə görə, İspaniyada böyük dəstək göstərilən ermənilər onun fəaliyyətinə mənfi təsir göstərmir: “Oradakı ermənilərin mənimlə işi yoxdur. Mən komandamızın əsasını təşkil edən ispanlara Dağlıq Qarabağ problemi haqda danışmıram. İspaniyada partiya üzvüyəm və futbolla siyasət bir-birindən fərqlənir. Ermənilər orda etiraz nümayiş keçirdiyi halda, biz sülhsevərliyimizi göstəririk”.
Azərbaycandan maddi dəstək almadığını deyən Xanbabayeva Valensiyadakı yerli qurumların, deputatların onlara maddi vəsait ayırdığını söyləyib: “Bakı” klubuna “Atletiko” ilə əməkdaşlığına görə uğurlar arzulayıram. “Bakı”nın prezidenti Hafiz Məmmədovun Azərbaycan futbolunda gördüyü işlərdən xəbərim var. Onunla görüşmək istərdim və bununla əlaqədar rəsmi məktubla müraciət etmişdim. İnanıram ki, həmin məktub Hafiz Məmmədova çatsaydı, görüşümüz baş tutardı. Ümumiyyətlə, mənim həm “Atletiko”, həm də “Real”, “Barselona” kimi klublarla yaxşı əlaqələrim var”.
O, əlaqələrindən istifadə edərək, azərbaycanlı futbolçuları bu klublara yerləşdirməyə hazırdır: “Mən azərbaycanlıları böyük məmnuniyyətlə qəbul etməyə hazıram. Ancaq həmin futbolçunun istedadı olmalıdır. Komandamızın qapıçısı ayda 300 avro alır ki, bu da bizdə ən yüksək ödənişdir. Əgər azərbaycanlı futbolçu vətənində ayda 10-15 min manat qazanırsa, mən onu İspaniyaya necə aparım? Bizdə 14-18 yaşlı futbolçulardan ibarət yeniyetmə komanda da var ki, onlar öz divizionunda çıxış edir”.

0
0