Con Toşaka yeni təklif
05.04.2013 - 14:59
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakı Azərbaycan və əcnəbi veteranlar arasında Bayılda keçiriləcək oyuna dəvət etmişik”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” Veteranlar Klubunun rəhbəri Oqtay Abdullayev deyib.
Mayın 1-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Bakıda yerli veteranlarla əcnəbilər arasında yoldaşlıq oyunu keçiriləcək. Saat 20:00-da başlayacaq oyunda millimizin baş məşqçisi Berti Foqtsun, məşhur gürcü veteranlar - Murtaz Xurtsilava və Aleksandr Çivadzenin iştirak edəcəyi dəqiqdir.
Abdullayevin sözlərinə görə, yerli klublarda çalışan məşhur əcnəbi məşqçilərə də dəvət göndərilib: “Toşakdan başqa, Kaxanı da (“İnter”in baş məşqçisi Kaxaber Sxadadzeni nəzərdə tutur – S.T.) dəvət etmişik. Onlar dəvətimizi qəbul ediblərmi? Verəcəklər, bəs nə… Hələlik əcnəbilərlə danışıqlar gedir. Ancaq ad açıqlamasam da deyə bilərəm ki, danışıqlar müsbət yöndədir. Ən çox gürcülər, türkiyəlilər və almanlardan bura veteranlar dəvət etmişik. 3-4 günə hər şeyə aydınlıq gələcək”.
Veteranlarımızın bu oyundan başqa da görüşləri olacaq. Bunu da Abdullayev bizə dedi: “Bu ayın 25-i isə Özbəkistanda oranın veteranları ilə oyunumuz olacaq. Mərhum prezident Heydər Əliyevin 90 illiyi ilə əlaqədar olaraq bu görüş baş tutacaq. Bizi ora ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev dəvət edib. Daha sonra Sankt-Peterburq, Minskdə yoldaşlıq oyunları keçirmək istəyirik. Ordakı dostlarımızla hazırda bu barədə danışıqlar gedir”.
Səbuhi TOFİQOĞLU

0
0