Azad Rəhimov millidən çıxarıldı
05.04.2013 - 15:27
Azad Rəhimov millidən çıxarıldı
Aprelin 8-dən 13-ə qədər Moldovada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində daha 1 dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın "Torpedo" klubunda çıxış edən Azad Rəhimov heyətdən çıxarılıb. Onun əvəzinə hazırlıq prosesinə “Neftçi”nin üzvü Fəhmin Muradbəyli dəvət olunub.

Qeyd edək ki, bundan əvvəl “İnter”in üzvü Coşqun Diniyev zədəli olduğu üçün, Mirkamil Həşimlinin isə "Fənərbaxça" (Türkiyə) klubunun heyətində turnirdə iştirak edəcəyinə görə yığmanın təlim-məşq toplanışına qatılmayacağı müəyyənləşmişdi.

Mənbə: affa.az