AFFA formatı dəyişdi
05.04.2013 - 16:35
Bakıda keçiriləcək ənənəvi Caspian Cup beynəlxalq turnirinin vaxtı və formatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında baş tutacaq sayca III yarış mayın 28-də start götürəcək. Turnirə iyunun 6-da yekun vurulacaq.
1997-ci ildən böyük olmayan futbolçuların yarışı əvvəlki 2 yarışdan fərqlənəcək. Belə ki, tarixdə ilk dəfə Caspian Cyp 12 komandanın iştirakı ilə keçiriləcək. 2011 və 2012-ci illərdə keçirilən yarışlarda bu rəqəm 8-ə bərabər idi.
İştirakçıların sayını artıran AFFA formatı da fərqli edib. Bu dəfə komandalar 4 qrupda mübarizə aparacaq. 3 komandalı qrupların hərəsində ilk 2 yeri tutanlar 1/4 finala yüksələcək.
Qeyd edək ki, artıq Caspian Cup turnirinin püşkü də atılıb. Azərbaycan milli komandası A qrupunda Qırğızıstan və ABŞ yığmaları ilə görüşəcək.

0
0