Qırğızıstan yığması Bakıya gəlir
05.04.2013 - 16:42
AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turnirinin daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması bu il may–iyun aylarında keçiriləcək yarışda qüvvəsini sınayacaq. Bunu Qırğızıstanın Futbol Federasiyası açıqlayıb.
Qeyd edək ki, bunadək ABŞ, Türkiyə, Yaponiya və Uruqvay yığmalarının ad turnirə qatılacağı dəqiqləşmişdi.
Qeyd edək ki, bunadək ABŞ, Türkiyə, Yaponiya və Uruqvay yığmalarının ad turnirə qatılacağı dəqiqləşmişdi.
0
0