Georgi Çixradze: Əvəzetmələr öz bəhrəsini verdi
05.04.2013 - 17:32
“Hər iki komanda maraqlı oyun sərgilədi. Azarkeşlər hücum futboluna şahidlik etdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı çalışdırıcı “Qəbələ” ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında nəticənin oyuna görə olduğunu bildirib: “İlk hissədə yaxşı oynadıq. Ancaq yaratdığımız əlverişli vəziyyətlərdən yararlana bilmədik. İkinci hissədə isə qapımızda top gördükdən sonra bütün komanda ilə hücuma atıldıq. Bu isə müdafiədə boşluqlar buraxmağımıza səbəb oldu. Bununla belə, son dəqiqədə bərabərlik qolunu vura bildik. Düşünürəm ki, əvəzetmələrim öz bəhrəsini verdi. Məğlub olmadığına görə komandama təşəkkürümü bildirirəm. Nəticə oyuna görə oldu”.
Qeyd edək ki, XXV turun açılış matçı olan “Qəbələ” – “Simurq” oyunu 1:1 hesabı ilə başa çatıb.

0
0