Luis Araqon: Buraxdığımız səhv bizə baha başa gəldi
05.04.2013 - 17:39
“Oyuna yaxşı başladıq. Standard vəziyyətdən qol vurduq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Luis Araqon deyib.
İspaniyalı çalışdırıcı bu gün keçirilən “Qəbələ” – “Simurq” oyununda Topaz Premyer Liqasında məşqçi kimi debüt etdi. Milliyyətcə katalon olan Araqon ilk qələbəsini son anda qaçırdığına görə təəssüfləndiyini bildirib: “Təəssüf ki, oyun zamanı vəziyyətlərdən yararlana bilmədik. Üstəlik, vurduğumuz qoldan sonra qapını toxunulmaz saxlamağı bacarmadıq. Son dəqiqələrdə buraxdığımız səhv bizə baha başa gəldi. Düşünürəm ki, çox adi vəziyyətdən qol buraxdıq. Bu gün qələbə qazana bilmədiyimizə görə məyusam. Ancaq növbəti oyunlarda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

0
0