“Fasilədə baş məşqçi bizi “ayılda” bildi”
05.04.2013 - 17:55
“Fasilədə baş məşqçi bizi “ayılda” bildi”
"Qarşıdakı oyuna ciddi hazırlaşırıq. "Sumqayıt”la matç da bu baxımdan istisna deyil. Bu rəqibdən uzaqlaşmaq üçün bizə qələbə mütləqdir”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın futbolçusu Nodar Məmmədov deyib.

Məmmədov ötən həftə baş tutan və bir sıra məqamları ilə "Rəvan”ın tarixinə düşən "Turan”la oyun (6:2) barədə bunları söyləyib: "Müdafiədə səhvlərə yol verdik. Yaxşı ki fasilə zamanı baş məşqçi futbolçuları "ayılda” bildi. Ümid edirəm ki, uğurlu oyunlar seriyasını bu həftə də davam etdirəcəyik”.