Cüneyt Biçərin “tapıntısı” “Aşqabad”a keçdi
05.04.2013 - 18:06
Qışda AZAL-dan ayrılan Elman Taqayev özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı olan və əsl ad-familiyası Elman Tağıyev olan Türkmənistan millisinin üzvü 6 aylıq fasilədən sonra sabiq klubu “Aşqabad”a keçib.
Qeyd edək ki, Türkmənistandakı Azərbaycan diasporasının rəhbəri Vidadi Sadıqovun vasitəçiliyi ilə ölkəmizə gələn Taqayev ilk dəfə “Xəzər Lənkəran”ın düşərgəsində baxışda olmuşdu. Ancaq yoxlama oyunlarından birində Cüneyt Biçərə qarşı qeyri-etik hərəkəti onun cənub klubuna keçməsinə mane olmuşdu.

0
0