Kasilyas 72 gündən sonra ilk dəfə
05.04.2013 - 21:06
Kasilyas 72 gündən sonra ilk dəfə
“Real”ın kapitanı İker Kasilyas İspaniya La Liqasının 30-cu turu çərçivəsində “Levante”ye qarşı keçiriləcək oyunun sifariş ərizəsinə salınıb. Apasport.az saytının məlumatına görə, bu haqda Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyonun köməkçisi Aitor Karanka xəbər verib.

O, aprelin 6-da baş tutacaq qarşılamada təcrübəli qolkiperin əsas yox, ehtiyat oyunçular skamyasında oturacağını bildirib: “Bu həftə onun vəziyyəti yaxşılaşdı və biz şadıq ki, Kasilyas yenidən komanda ilə bir yerdədir. Çünki “Real” üçün mövsümün həlledici mərhələsi başlanır. Lakin sabah İker oynamayacaq”.

Qeyd edək ki, 72 gündür əlindəki zədə səbəbindən “Real”ın heyətindən uzaq qalan Kasilyas ilk dəfədir komandasının “18-liy”inə daxil edilib.