Bakı İdman Məktəbindən 10 uşaq Terimlə görüşəcək - FOTOLAR
05.04.2013 - 21:23
Bildiyiniz kimi, Türkiyənin “Qalatasaray” klubu Azərbaycanda “Fatih Terim Gənc Aslanlarını Axtarır” layihəsi çərçivəsində Bakı İdman Məktəbini açıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda 6-16 yaş arası uşaqlara futbol təhsili veriləcək.
“Qalatasaray” Futbol Məktəbləri” kordinatoru Səlim Durmaz hazırda 80 şagirdin qeydiyyatdan keçdiyini və bu uşaqların sayını 400-ə çıxaracaqlarını bildirib. O, Bakı məktəbindən “Cim-Bom”un aşağı yaş qrupları üçün futbolçu axtardıqlarını ifadə edib. Durmaz daha sonra onu da vurğulayıb ki, bu uşaqlardan 10 nəfəri “Qalatasaray”ın İstanbuldakı “Mətn Oktay Florya” təlim-məşq bazasına aparılaraq baş məşqçi Fatih Terim ilə tanış olma fürsəti əldə edəcək.

0
0