Avrokubokların yarımfinalının püşkatmasının vaxtı bəlli oldu
05.04.2013 - 22:03
Avrokubokların yarımfinalının püşkatmasının vaxtı bəlli oldu
Çempionlar Liqası və Avropa Liqasının yarımfinal mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər iki mərasim aprelin 12-də İsveçrənin Nyon şəhərində baş tutacaq.

Tədbiri UEFA-nın birinci katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və finallar üzrə məsul şəxslər Patrik Klyuvertlə Rud van Nistelroy aparacaq.

Birinci olaraq Avropa Liqasının yarımfinallarının püşkatması keçiriləcək. Digər mərhələlərdən fərqli olaraq burada eyni ölkənin komandaları bir-biri ilə üz-üzə gələ biləcəklər. Hər komanda evdə və səfərdə oynayacaq. İlk matçlar aprelin 25-də, cavab oyunlar isə mayın 2-də baş tutacaq. Həmçinin inzibati hədəflərdə müəyyən ediləcək. Yəni, hansı yarımfinalın qalibi final matçının nominal sahibi hesab ediləcək.

Daha sonra Çempionlar Liqasının yarımfinal cütlüyü müəyyənləşəcək. Burada isə ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları həmin ayın 30 və mayın 1-də reallaşacaq.