Məmmədovanın komandası pley-offa yüksəldi
05.04.2013 - 22:45
Qadın voleybolçular arasında Azərbaycan millisinin üzvü Natalya Məmmədovanın komandası “Omiçka” klubu Rusiya çempionatında pley-offa yüksəlib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi səfərdə Krasnodar “Dinamo”su ilə qarşılaşıb. Görüşdə təmsilçimizin komandası 1:3 (19:25, 31:29; 17:25; 19:25) hesabı ilə uduzub.
Qeyd edək ki, “Omiçka” ölkə çempionatının qrup mərhələsində 22 matç keçirib. Bunlardan 13-də qələbəyə sevinən omsklılar 40 xal toplayıb və turnir cədvəlində 5-ci yeri tutub.
Qeyd edək ki, “Omiçka” ölkə çempionatının qrup mərhələsində 22 matç keçirib. Bunlardan 13-də qələbəyə sevinən omsklılar 40 xal toplayıb və turnir cədvəlində 5-ci yeri tutub.
0
0