Zepp Blatter qərarını dəyişdirdi
05.04.2013 - 23:28
Zepp Blatter qərarını dəyişdirdi
FİFA prezident Zepp Blatter qərarını dəyişdirib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri irqçiliyin azarkeşlər tərəfindən təzahürü üçün klubların aşağı divizionlara göndərilməsi və xallarının silinməsi fikrində geri addım atıb.

Blatteranın sözlərinə görə, sərt sanksiyalar ona gətirib çıxara bilər ki, əlaqədar insanlar belə hadisələri xüsusi olaraq təhrik edəcəklər: “Klubları aşağı divizionlara göndərmək cəzası asan bir həll yolu deyil. Bu cəza, planlı şəkildə matçı dayandırmaq istəyən azarkeşlərin qarşısını aça bilər. Həqiqətən təsirli sanksiyalara ehtiyacımız var. Biz bacardığımız bu problemi həll etmək üçün hər şeyi etməliyik. Amma nə qədər irəli gedə bilərik?”

Qeyd edək ki, FİFA rəhbəri yanvar ayında belə bir fikir səsləndirmişdi: “Ən yaxşı yol, komandanın xallarının silinməsi və aşağı divizionlara göndərilməsidir. Çünki klublar azarkeşlərə cavabdehdir”.