“Valensiya”nın prezidenti istefa verdi
06.04.2013 - 00:00
“Valensiya”nın prezidenti Manuel Lorente postunu tərk edib. Apasport.az saytının məlumatına görə, buna 61 yaşlı klub rəhbərinin komandanın əsas səhmdarı ilə fikir ayrılıqlarına gəlməsi səbəb olub.
2009-cu ildən “yarasalar”ın prezidenti vəzifəsində çalışan Lorentenin müddəti hələ gələn mövsümün sonunda başa çatacaqdır. Onun klubda işlədiyi dövrdə komandanın 540 milyon avro borcu 360 milyon avroya qədər azalıb.
O, bu qərarını keçirdiyi mətbuat konfransında gözyaşları ilə açıqlayıb: “Bu gün istefam haqqında “Valensiya”nın idarə heyətinin üzvlərinə məlumat verdim. Mən təmiz vicdanla gedirəm və güman edirəm ki, biz böyük işi gördük. Bu qərarımı çox düşündüm. Mənim üçün isə ən önəmlisi “Valensiya”dır”.
Qeyd edək ki, müvəqqəti ispan klubunun prezident vəzifələrini icra etmək komandanın sabiq müdafiəçisi və idarə heyətinin üzvü Fernando Qinerə tapşırılıb.

0
0