“Hoffenhaym” 3 xalı 3 qolla əldə etdi
06.04.2013 - 01:02
“Hoffenhaym” 3 xalı 3 qolla əldə etdi
Almaniya Bundesliqasında XXVIII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə “Hoffenhaym”la “Fortuna” münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmada üstün oyun nümayiş etdirən ev sahibləri görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Almaniya Bundesliqasında XXVIII turun digər oyunları bu gün və sabah keçiriləcək.

Almaniya Bundesliqası
XXVIII tur
5 aprel
“Hoffenhaym” – “Fortuna” - 3:0
Firmino, 11, Lamberts, 75-avtoqol, Volland, 90

6 aprel
“Bayer” – “Volfsburq”
“Borussiya” (Dortmund) – “Ausburq”
“Ayntraxt” – “Bavariya”
“Borussiya” (Münhenqladbax) - “Qroyter Fyurt”
“Verder” – “Şalke”
“Hamburq” – “Frayburq”

7 aprel
“Nurnberq” – “Mayns”
“Hannover” – “Ştutqart”