Şevçenko növbəti dəfə məşqçi kurslarına qatılmadı
06.04.2013 - 02:08
Şevçenko növbəti dəfə məşqçi kurslarına qatılmadı
2004-cü ildə “Qızıl top”a sahib olan Andrey Şevçenko məşqçi kurslarının daha bir gününü buraxıb. Apasport.az saytının məlumatına görə, buna Ukrayna milli komandasının sabiq kapitanının səhətində yaranan problem səbəb olub.

Bu haqda onun bacısı Yelena Şevçenko xəbər verib. Onun sözlərinə görə, “Milan” və “Çelsi”nin sabiq hücumçusunun ikinci gündür ki, temperaturu 40 dərəcədir.

Qeyd edək ki, Andrey Şevçenko Ukrayna Futbol Federasiyasında (UFF) məşqçi kurslarına qatılıb. Məşqlər aprelin 1-dən 5-dək keçirilirdi. Həmçinin Andrey məşqlərin birinci günündə də iştirak edə bilməmişdi. Həmin zaman o, kursa gecikmişdi.