“Simurq” istirahətə yollandı
06.04.2013 - 03:25
Topaz Premyer Liqasının XXV turunun açılış oyun günündə səfərdə “Qəbələ” ilə 1:1 hesablı bərabərə qalan “Simurq” 2 günlük istirahətə yollanıb. Apasport.az saytının məlumatına görə, Zaqatala klubunun baş məşqçisi Georgi Çixradzenin yetirmələri ayın 8-də yenidən bir araya gələcək.
Növbəti turda hazırda şəriksiz lider olan “Neftçi”ni qəbul edəcək “Simurq” hazırlıqlarına 2 gündən sonra start verəcək.
Qeyd edək ki, “Qəbələ” ilə görüşdə son dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edən Tomislav Buşiç Premyer Liqada “siftə” edib.

0
0