Millimizin müdafiəçisi hücumçumuzla oyuna hazırlaşır - FOTO
06.04.2013 - 05:07
Millimizin müdafiəçisi hücumçumuzla oyuna hazırlaşır -  FOTO
“Əskişəhərspor” Türkiyə Superliqasının XXVIII turu çərçivəsində “Sivasspor”la hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Ufuk Budak da komandası ilə birgə hazırlıqlarda iştirak edib.

Məşq 90 dəqiqə davam edib. “Əskişəhərspor” əvvəlcə hazırlıqlara isinmə hərəkətləri ilə başlayıb və ötürmələr üzərində çalışıblar. Daha sonra isə futbolçular taktiki və qapılara zərbələrlə məşqə yekun vurublar.

Qeyd edək ki, “Əskişəhərspor”un rəqibi “Sivasspor”da da millimizin digər oyunçusu Cihan Özkara çıxış edir.Görüş sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.