Braziliyada daha bir stadionun açılışı oldu
06.04.2013 - 05:43
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı üçün növbəti stadionun açılışı olub. Apasport.az saytının məlumatına görə, turnirdə on iki ev sahiblik edəcək arenalardan artıq üçüncüsü istifadəyə verilib.
Bu, Salvador şəhərinin “Yeni Font Arena”sıdır. 50 min tamaşaçı tutumuna malik olan stadionun tikintisi 295,8 milyon dollara başa gəlib. Həmçinin açılış mərasimində Braziliya prezidenti Dilma Rousseffi də iştirak edib.
Qeyd edək ki, “Yeni Font Arena”da Konfederasiyaların Kubokunun 3 oyunu keçiriləcək. İyunun 20-də Nigeriya – Uruqvay, 2 gündən sonra İtaliya - Braziliya və həmçinin 3-cü yer uğurunda görüşlər baş tutacaq.

0
0