Valdes oynamaq istədiyi ölkənin adını açıqladı
06.04.2013 - 06:09
Valdes oynamaq istədiyi ölkənin adını açıqladı
Mövsümün sonunda “Barselona”dan ayrılması ilə gündəmə gələn Viktor Valdes karyerasını davam etdirəcəyi ölkənin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı növbəti mövsümdən etibarən İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini bildirib.

O, nə vaxtsa yenidən Kataloniya təmsilçisinə qayıdacağını ifadə edib: “Yeni mədəniyyətlər tanımaq, yeni şəxslər görmək və yeni bir ölkədə futbol oynamaq istəyirəm. “Barselona”da çox gözəl günlər keçirdim. Bir gün bura mütləq dönəcəyəm. Ancaq bir az gəzmək istəyirəm. İngilis futbolunu sevirəm. Tamaşaçıları və oynadıqları futbola həqiqətən böyük hörmət edirəm” – deyərək, sanki ingilis klublarına mesaj göndərdi.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan 31 yaşlı qolkiper 2002-ci ildən kataloniyalıların əsas komandasında çıxış edir.