Kocaman Daumun rekorduna şərik olacaq
06.04.2013 - 06:46
Kocaman Daumun rekorduna şərik olacaq
“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman sabah Türkiyə Superliqasının XXVIII turu çərçivəsində “Orduspor” matçda almaniyalı mütəxəssis Kristof Daumun rekorduna şərik olacaq. Apasport.az saytının məlumatına görə, “sarı bülbüllər” buna qədər sabiq çalışdırıcısının rəhbərliyi altında 102 dəfə ölkə çempionatında meydana çıxıb.

Ordulularla səfər görüşündə İstanbul klubunun “sükanı arxası”nda olacaq olan Kocaman Daumla birgə rekordçu ünvanını daşıyacaq.

Qeyd edək ki, 2010-2011 mövsümündə “Fənərbaxça”ya rəhbərlik edən Aykut 101 görüşdə 64 qələbə qazanıb, 20 heç-heçə edib və 17 dəfə məğlubiyyətlə üzləşib. Bu qarşılaşmalarda isə “sarı bülbüllər” 212 xal əldə edib.