“Bakı” və “Neftçi” uduzdu, Toşakın ilk qələbəsi
06.04.2013 - 17:54
“Bakı” və “Neftçi” uduzdu, Toşakın ilk qələbəsi
Bu gün Topaz Premyer Liqasında XXV tur 3 oyunla davam edib. Apasport.az saytının məlumatına görə, Qəbələdə açılışı olan turun bugünkü matçları Bakıda keçirilib.

Bu görüşlərlə ilk “altılıq”da növbəti mübarizəyə yekun vurulub. Mərkəzi oyunda üz-üzə gələn “Neftçi” ilə “Qarabağ”ın dueli çempionluq mübarizəsi baxımından maraq doğururdu ki, burada yenə də Qurban Qurbanovun yetirmələri “ağ-qaralar”dan güclü olublar. Onlar turnir cədvəlinə başçılıq edən Böyükağa Hacıyevin yetirmələrini 2:1 hesabı ilə məğlub ediblər.

Çempionluğa iddialı digər komanda “İnter” isə qitə miqyaslı turnirə çıxmağa çalışan “Bakı”nın məğlubiyyətsiz oyunlar seriyasını qırıb. Nəticədə onların “Qarabağ”ın qələbəsi sayəsində “Neftçi” ilə xal fərqi də 1-ə enib.

“Kəpəz”lə “Xəzər Lənkəran” ilk dəfə Bakıda üzləşiblər ki, qonaqların uelsli baş məşqçisi Con Toşak da ilk qələbəsini Mərdəkanda qazanıb. Lənkəran təmsilçisinin 2 qoluna gəncəlilər 1 dəqiq zərbə ilə cavab verə biliblər.


5 aprel
“Qəbələ” – “Simurq” - 1:1
QOLLAR: Lorival Assis, 54 – Tomislav Buşiç, 90
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 0:1

“Qəbələ”: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Lorival Assis, 23. Şəhriyar Xəlilov, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Dejan Kelhar
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Nikola Valentiç, 8. Kristian Pulhak, 9. Viktor Mendi, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 39. Sadiq Quliyev
Məşqçi: Luis Antoni Araqon

“Simurq”: 22. David Pietrzkeviç, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 20. Rəşad Eyyubov, 21. Murad Səttarlı, 28. Nenad Kiso
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 9. Marçin Burxardt, 12. Tomislav Buşiç, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov
Baş məşqçi: Georgi Çixradze


6 aprel
“Neftçi” – “Qarabağ” - 1:2
QOL: Nikolas Kanales, 87 - Riçard Almeyda, (pen.) 35, 68
QIRMIZI VƏRƏQƏ: İqor Mitreski, 45
Bakı. “Bakcell Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 0:1

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Şükürov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Jose Luis Kabion, 4. Tərlan Quliyev, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev

“Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 22. Əfran İsmayılov, 24. Admir Telli, 25. Ansi Aqolli, 88. Kristian Torres.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yüsifov, 10. Muarrem Muarrem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov


“Kəpəz” – “Xəzər Lənkəran” - 1:2
QOLLAR: Elvin Həsənəliyev, 88 - Dmitrios Sialmas, 31; Adrian Pit, 45
Bakı. “Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:5, 0:1

“Kəpəz”: 1. Ramil Kərimov, 2. Cəmşid Məhərrəmov, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 9. Alan Sotanov, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 4. Məhərrəm Müslümzadə, 5. Mətləb Məmmədov, 10. Zaur Əsədov, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev, 23. Ravil Müslümov.
Baş məşqçi: Mahmud Qurbanov

“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 6. Robert Alviz, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 4. Alvaro Silva, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 3. Vanderson Skarduelli, 7. Sadio Tounkara, 17. Kazım Kazımlı, 24. Gökhan Güleç, 97. Elnur Cəfərov, 99. Marin Orsuliç.
Baş məşqçi: Coş Toşak.


“Bakı” – “İnter” - 1:2
QOLLAR: Şəhriyar Əliyev, 90+3 - Asif Məmmədov, 68; Yuri Fomenko, 82
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 0:1

“Bakı”: 1. Kamran Ağayev, 14. Elvin Əliyev, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 77. Aleksandar Soliç, 28. Ferdi Elmas, 22. Risto Ristoviç, 24. Marius Pena.
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 6. İbrahim Karqbo, 8. Junior Vilson, 27. George Popxadze, 23. Rauf Əliyev, 88. Cavid Hüseynov, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Bojidar Bandoviç

“İnter”: 74. Revaz Tevdoradze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Samir Zərgərov, 9. Daniel Genov, 14. Petar Zlatinov, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 91. Leandro Roşa.
Baş məşqçi: Kaxaber Sxadadze.


7 aprel
AZAL - “Turan” - 2:0
QOLLAR: Nildo, 15, Oluremi, 75

“Rəvan” - “Sumqayıt” - 3:0
QOLLAR: Kalonas, 15, Mikayılov, 79, Barlay, 90+1


komandaoqhmtx
1
Neftçi
25
15
3
7
50-27
48
2
İnter
25
13
8
4
28-15
47
3
Qarabağ
25
12
9
4
33-21
45
4
Simurq
25
10
10
5
27-17
40
5
Bakı
25
7
13
5
27-18
34
6
Qəbələ
25
9
6
10
28-31
33
7
AZAL25
9
9
7
38-27
36
8
Xəzər L
25
8
8
9
35-30
32
9
Rəvan
25
9
4
12
33-38
31
10
Sumqayıt
25
7
7
11
25-42
28
11
Turan
25
6
5
14
26-47
23
12
Kəpəz
25
2
4
19
14-51
10

Bombardir: Nikolas Kanales (Neftçi) –21