Klub prezidenti güllələndi - FOTO
06.04.2013 - 11:01
Türkiyənin “Giresunspor” klubunun sabiq prezidenti, kriminal aləminin tanınmış simalarından Olqun Peker güllələnib. APA-nın məlumatına görə, nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlar qalmaqalının əsas siması sayılan Olqun Peker Şişlidə gecə klubunda naməlum şəxs tərəfindən vurulub. Həmin şəxs Olqun Pekerin ayağına bir neçə dəfə atəş açıb. Alman Xəstəxanasına çatdırılan yaralı həkim nəzarətindədir. Hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, əslən Giresundan olan Olqun Pekerin Türkiyənin kriuminal aləminin liderlərindən biri olduğu iddia edilir. 2008-ci ildə “Giresunspor”un prezidenti seçilən Olqun Peker komandanın uğursuz çıxışlarından sonra istefa vermiş, klub prezidenti postuna seçkilərdə baş verən qalmaqallar səbəbilə həbs olunmuşdu. O hazırda nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlar qalmaqalının bir nömrəli şahidi hesab olunur.

0
0