Əli Yavaş: Bunun Azərbaycan futbolu üçün xeyirli olacağına inanıram
06.04.2013 - 11:50
Əli Yavaş: Bunun Azərbaycan futbolu üçün xeyirli olacağına inanıram
“Bir çox ölkələrdə məktəblərimizi açırıq. Buradakı oyunçulara öncə “Qalatasaray”ın mədəniyyət və tərbiyəsini veririk. Ardınca isə onları klubumuza qazandırmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın aşağı yaş qruplarının rəhbəri Əli Yavaş deyib.

Qəbələ Futbol Akademiyasının sabiq direktoru Azərbaycanda İstanbul təmsilçisinin açdığı məktəbin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə futbola göstərilən diqqət öz bəhrəsini verəcək: “Azərbaycanda çox istedadlı uşaqlar var. Burada son illərdə yeniyetmə futboluna böyük əhəmiyyət verilir və bunun da Azərbaycan futbolu üçün xeyirli olacağına inanıram”.

Qeyd edək ki, “Fatih Terim gənc aslanlarını axtarır” layihəsi çərçivəsində Bakı İdman Məktəbində 6-16 yaşlı həmyerlilərimizə futbol dərsi keçirilir.