“Kəpəz”in legionerləri “Xəzər Lənkəran”a qarşı oynamayacaqlar
06.04.2013 - 13:16
“Kəpəz”in legionerləri “Xəzər Lənkəran”a qarşı oynamayacaqlar
“Kəpəz” “Xəzər Lənkəran”la oyunda 2 əcnəbinin köməyindən istifadə edə bilməyəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rusiyalı legionerlər - Nikolay Svejentsevlə Vladislav Serebryakov bu gün baş tutacaq matçda forma geyinməyəcəklər. Onların hər ikisi zədədən əziyyət çəkirlər.

Qeyd edək ki, “Kəpəz” - “Xəzər Lənkəran” qarşılaşması saat 16:00-da başlayacaq.