Kaxaber Sxadadze: Üzərimizdəki psixoloji yükü götürməli idik
06.04.2013 - 17:51
Kaxaber Sxadadze: Üzərimizdəki psixoloji yükü götürməli idik
“Bizim üçün vacib oyun idi. Bu oyuna çox yaxşı köklənmişdik”.
Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı çalışdırıcı bu gün Topaz Premyer Liqasında səfərdə “Bakı”ya 2:1 hesabı ilə qalib gəldikləri oyunda əvəzetmələrin etimadını doğrultduğunu deyib: “Son turda “Neftçi”yə məğlub olduqdan sonra üzərimizdəki psixoloji yükü götürməli idik. Hal-hazırda “Neftçi” ilə xal fərqimizi azaltdıq, onların “Qarabağ”la oyunu var. İkinci hissədə üstünlüyə yiyələndik, gözəl qollar vurduq. Bu gün qələbəyə layiq idik. “Bakı” ilə ikinci oyundur ki, əlavə vaxtda qol buraxırıq, bu məni narahat edir. Oyunda son dəqiqəyədək mübarizə aparmalıyıq. Əvəzetmələrdən oyuna daxil olan futbolçular etimadımı doğrultdu”.