Bojidar Bandoviç: Rəqibə “hədiyyə” verdik
06.04.2013 - 17:58
Bojidar Bandoviç: Rəqibə “hədiyyə” verdik
“9 oyundan sonra ilk məğlubiyyətimizi aldıq. “İnter” ilk dəqiqələrdən oyuna daha yaxşı köklənmişdi. İlk hissədə qapı dirəyindən dönən topları var idi”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XXV turunda “İnter”lə oyunu dəyərləndirib: “Bizim də bir neçə qol imkanımız var idi. Oyuna yaxşı köklənmədik, lakin ikinci hissəni daha yaxşı oynadıq. Son ötürmələrdə dəqiq olmadıq. İlk qolu vuran qələbə qazanacaqdı, biz rəqibə “hədiyyə” verdik. İkinci qoldan sonra oyun daha da çətinləşdi. Qarşıdakı matçlara baxacağıq”.

Qeyd edək ki, “Bakı” matçda 1:2 hesabı ilə uduzub.