“Belə oyunlarda daha az səhv edən qalib gəlir”
06.04.2013 - 19:21
“Belə oyunlarda daha az səhv edən qalib gəlir”
“Azərbaycanın ən güclü komandası ilə qarşılaşırdıq. Sevinirəm ki, belə vacib oyunda 3 xalı biz qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XXV turunun “Neftçi” ilə oyununda 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin çalışdırıcısı komandasından razı qalıb: “Maraqlı oyun oldu. Rəqib azlıqda qaldıqdan sonra oyun dəyişdi. Oyunun son dəqiqələrində bir neçə səhvimiz oldu. Komanda sonadək mübarizə apardı. Qələbə üçün əlimizdən gələn hər şeyi etdik. Belə oyunlarda daha az səhv edən qalib gəlir. Bizim üçün hər xal, hər rəqib vacibdir”.

Qeyd edək ki, ağdamlılar cari mövsümdə “Neftçi”ni 3-cü dəfə məğlub edib.

Mənbə: pfl.az