“Rəvan” və AZAL qələbə qazandı
07.04.2013 - 18:43
“Rəvan” və AZAL qələbə qazandı
Bu gün Topaz Premyer Liqasında XXV tura 2 oyunla yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə ikinci “altılıq” çərçivəsində mübarizə aparan komandaların görüşləri keçirilib.

Belə ki, ötən tur “Turan”ı böyük hesabla məğlub edən “Rəvan” bu dəfə “Bayıl-Arena”da “Sumqayıt”la üz-üzə gəlib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelində sevinən tərəf meydan sahibləri olub.

Turun qapanış matçında isə AZAL doğma publika önündə “Turan”nı sınağa çəkib. Oyunda “təyyarəçilər” Tovuz təmsilçisini məğlub etməkdə çətinlik çəkməyib - 2:0.

7 aprel
AZAL - “Turan” - 2:0
QOLLAR: Nildo, 15, Oluremi, 75

“Rəvan” - “Sumqayıt” - 3:0
QOLLAR: Kalonas, 15, Mikayılov, 79, Barlay, 90+1


komandaoqhmtx
1
Neftçi
25
15
3
7
50-27
48
2
İnter
25
13
8
4
28-15
47
3
Qarabağ
25
12
9
4
33-21
45
4
Simurq
25
10
10
5
27-17
40
5
Bakı
25
7
13
5
27-18
34
6
Qəbələ
25
9
6
10
28-31
33
7
AZAL25
9
9
7
38-27
36
8
Xəzər L
25
8
8
9
35-30
32
9
Rəvan
25
9
4
12
33-38
31
10
Sumqayıt
25
7
7
11
25-42
28
11
Turan
25
6
5
14
26-47
23
12
Kəpəz
25
2
4
19
14-51
10

Bombardir: Nikolas Kanales (Neftçi) –21