Bernhard Raab: Futbolçular bəzən çox mürəkkəb oynayır
07.04.2013 - 19:44
Bernhard Raab: Futbolçular bəzən çox mürəkkəb oynayır
“Oyuna baxdıqda, “Rəvan” bu gün qələbəyə layiq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.

Topaz Premyer Liqasının XXV turunun “Rəvan”la matçındakı 0:3 hesablı məğlubiyyətdən sonra çalışdırıcı qarşılaşma haqda fikirlərini açıqlayıb: “İlk hissədə üstünlüyə sahib idi və qol vurdu. İkinci hissədə penaltidən istifadə etsəydik, oyunda dönüş yarada bilərdik. İkinci hissənin 25-30 dəqiqəsi komandamız daha yaxşı oynadı. Lakin heyətlə bağlı müəyyən problemlərimiz var. 4-5 futbolçu lazımi formada olmadığı üçün oyunda məğlub olduq. Bundan öncəki oyunda penaltidən fərqlənib qələbə qazanmışdıq. Futbolçular bəzən çox mürəkkəb oynayır”.