“Hər oyunda 3-4 oyunçu itiririk”
07.04.2013 - 20:10
“Hər bir oyun bizim üçün vacibdir, qələbə qazanmalıyıq. Bu il ilk dəfədir ki, “Turan”ı məğlub etdik”. Apasport.az saytının məlumatına görə, bunu AZAL baş məşqçisi Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXV turunun “Turan”la matçında 2:0 hesabı ilə qalib gələn “təyyarəçilərin” çalışdırıcısı komandasının hər oyunda 3-4 oyunçu itirdiyini bildirib: “Qələbə, təbii ki, xoşdur. Oyun boyu qol imkanlarımız çox oldu, hamısından yararlana bilmədik. Hər oyunda 3-4 oyunçu itiririk. Con Oluremi komandaya gələndə fiziki durumu yaxşı deyildi, lakin onun potensialı nəzərə alıb müqavilə imzaladıq. Özünü doğrultmağa başlayır”.

0
0