Əfqan Talıbov: Hər şey maddi durumumuzdan asılıdır
07.04.2013 - 20:16
Əfqan Talıbov: Hər şey maddi durumumuzdan asılıdır
“Səfərdə oynamağımız komandaya mənfi təsir edir. Komanda azarkeş dəstəyindən də məhrum olur. Heyətdə çoxlu gənc futbolçularımız var. Gələcəkdə onlara üstünlük verməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” baş məşqçisi Əfqan Talıbov deyib.

O, Topaz Premyer Liqasının XXV turunda AZAL-la (0:2) qarşılaşmadan sonra fikirlərini açıqlayıb: “Budaq Nəsirov bu gün özünü yaxşı tərəfdən göstərdi. AZAL yaxşı komandadır, pressinqlə oynayır. Heyətində təcrübəli futbolçular var. AZAL-ın qol imkanları bizdən çox oldu. Biz isə yaratdığımız dörd imkandan heç birini reallaşdıra bimədik. Kamal Bayramov zədəli olmasına baxmayaraq çox top çıxardı. Salif Ballo təhlükəli hücumçu olsa da, tək oynamağa çətinlik çəkir, təcrübəsi çatmır. Hər şey maddi durumumuzdan asılıdır, sponsor axtarışındayıq. Stadionumuz düzəldikdən sonra doğma meydanda əsl “Turan” kimi oynayacağıq”.