Kristof Daumun rekordunun qırılmağına 1 tur qaldı
08.04.2013 - 05:28
“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman Kristof Daumun rekorduna şərik olub. Apasport.az saytının məlumatına görə, buna Türkiyə Superliqasının XXVIII turu çərçivəsində keçirilən “Orduspor”la oyunda “sarı bülbüllər” təcrübəli çalışdırıcının rəhbərliyi altında 102 dəfə ölkə çempionatında meydana çıxması səbəb olub.
Daha öncə “Fənər”in sabiq almaniyalı mütəxəssisinə (2003-2006) aid olan bu rekordu, Kocaman növbəti tur “Əskişəhərspor”la qarşılaşmada qıracaq.
Qeyd edək ki, 2010-2011 mövsümündə “Fənərbaxça”ya rəhbərlik edən Aykut 102 görüşdə 65 qələbə qazanıb, 20 heç-heçə edib və 17 dəfə məğlubiyyətlə üzləşib. Bu qarşılaşmalarda isə “sarı bülbüllər” 215 xal toplayıb.

0
0