Raul sabiq komandasının 10-cu dəfə kubok qazanacağına inanır
08.04.2013 - 06:05
Raul sabiq komandasının 10-cu dəfə kubok qazanacağına inanır
Çempionlar Liqasının 1/4 final mərhələsində “Qalatasaray”la cavab matçında qarşılaşacaq olan “Real”ın sabiq futbolçusu Raul Qonzales Madrid təmsilçinin Avropanın ən titullu klub turnirindəki çıxışı ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, ispaniyalı hücumçu “Real”ın hazırda yaxşı gücə malik olduğunu bildirib.

O, bu kuboku 10-cu dəfə Madridə gələcəyini ümid edir: “Real” hazırda yoluna yaxşı davam edir. Baş məşqçi Joze Mourinyo komandasını əla idarə edir və klubu çempionluğun ən böyük namizədi etdi. Mən may ayında Çempionlar Liqasının 10-cu dəfə Madridə gələcəyini ümid edirəm. Bu, bütün madridlilərin istədiyi bir şeydir”.

Qeyd edək ki, hazırda karyerasını Qətərin “Əl-Sadd” klubunda davam etdirən Raul 16 il “Real”ın formasını geyinib. Qonzales madridlilərlə 3 dəfə Çempionlar Liqasına sahib olub.