“Neftçi”ni sonuncu dəfə kim qıcıqlandırmışdı?
08.04.2013 - 08:34
“Neftçi”ni sonuncu dəfə kim qıcıqlandırmışdı?
“Neftçi” klubunun uğurlu seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” 12 oyunluq məğlubiyyətsizlikdən sonra meydanı başıaşağı tərk ediblər.

Topaz Premyer Liqasının XXV turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzan paytaxt təmsilçisi sonuncu dəfə ötən il dekabrın 14-də yenilmişdi. Həmin vaxt “Xəzər Lənkəran” eyni hesablı qələbə qazanmışdı.

113 gündən sonra uduzan bakılılar bu müddətdə 8 qələbə qazanıb və 4 heç-heçə edib. 10 çempionat və 2 kubok görüşündə uduzmayan “Neftçi” bu görüşlərdə 21 qol vurub, 8-ni buraxmışdı.