“Bakı” uduza-uduza gedir...
08.04.2013 - 08:59
“Bakı” üçün “İnter” sindromu yaranıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 9 oyunda məğlub olmayan paytaxtın eyniadlı təmsilçisinin bu seriyası “bankirlər”lə qarşılaşmada qırılıb.
Sonuncu dəfə ötən il dekabrın 22-də “İnter”lə Premyer Liqa matçında 0:1 hesabı ilə uduzan Bojidar Bandoviçin komandası yenə eyni rəqibə “boyun əyib”. Topaz Premyer Liqasının XXV turunun paytaxt derbisində Kaxaber Sxadadzenin yetirmələri 2:1 hesabı ilə üstün olub.
“İnter”ə 2 məğlubiyyəti ayıran 105 günlük dövrdə “Bakı” 9 oyunda yenilməmişdi. Bakılılar 7 çempionat və 2 kubok matçında 4 qələbə qazanıb, 5 heç-heçə etmişdi. Son 2 məğlubiyyətini “bankirlər”dən alan “Bakı” yenilməzlik müddətində bu rəqibini kubokdan kənarlaşdırıb. Lakin həmin vaxt paytaxtın eyni adlı təmsilçisi 2 heç-heçədən sonra səfərdə daha çox qol vurması sayəsində mərhələ adlamışdı.

0
0