Millimizin futbolçuları lazım olmadı
08.04.2013 - 09:12
Millimizin futbolçuları lazım olmadı
“Kayzerslautern”in 23 yaşadək futbol komandası Regionalliqanın Cənub-Qərb zonasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər” səfərdə “Zonnenhof Qrossaşpax”la qarşılaşıblar.

Görüş heç-heçə (1:1) başa çatıb. Bu oyunda əsas millimizin hücumçusu Rüfət Dadaşovun adı heç “18-liy”ə daxil edilməyib. U-21-in yeni üzvlərindən olan Timur Təməltaşın adı isə oyunun protokolunda olsa da, ona 90 dəqiqə ərzində ehtiyac duyulmayıb.

Qeyd edək ki, “Kayzerslautern”in U-23 komandası hazırda 46 xalla çempionatın vahid lideridir. Ancaq o, yaxın izləyiciləri – “Hoffenhaym”ın II komandasından 2, “Elversberq”dən isə 4 oyun artıq keçirib.