Toni Doblas maaş almağa belə gəldi - FOTO
08.04.2013 - 09:23
Toni Doblas maaş almağa belə gəldi - FOTO
“Xəzər Lənkəran”ın qapıçısı Toni Doblas Azərbaycanda top qovan futbolçulardan fərqli olduğunu yenə nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı legioner öz həyatını internet vasitəsilə bölüşmək “şakər”i ilə birincilik iddiasındadır.

Doblas ölkəmizə gəldiyi gündən az qala hər hərəkətini, qeydi-adi addımını “twitter”ə yerləşdirməklə hamını təəccübləndirməkdə davam edir. Azərbaycanda “07” də sürən Doblas dilimizi öyrənməyə başlamışdı. Azərbaycan sözlərini profilinə yerləşdirən qapıçı bu dəfə klub daxilində diqqət çəkib.

Belə ki, Toni maaşını almaq üçün klubun bazasında qeyri-adi geyimdən yararlanıb. İspaniyalı yarı idman, yarı rəsmi geyimə üstünlük verib. Həmin geyimdəki şəklini də internetə yerləşdirib.