“Luis Araqon mövsümün sonunadək “Qəbələ”ni çalışdıra bilər”
08.04.2013 - 09:56
“Klub rəhbərliyi ardıcıl uğursuz çıxışdan sonra gözləmə mövqeyi tutmuşdu. Ancaq Ramiz Məmmədov öz istəyi ilə komandadan gedib”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Ramiz Məmmədovun istefa qərarından sonra hazırda komanda müvəqqəti olaraq Luis Araqona tapşırılıb. Ancaq ispaniyalı çalışdırıcıya hansı müddətə kimi etimad bəsləniləcəyi qaranlıqdır. Əzizovun sözlərinə görə, bu, yeni məşqçinin tapılmasından asılı bir qərardır: “Hazırda baş məşqçi postuna konkret namizədimiz yoxdur. Bu üzdən hansı ölkələrdən çalışdırıcılarla danışıqlar apardığımızı deyə bilmirəm. Elə Araqonun komandanı nə vaxta kimi çalışdıracağı bilinmir. Ola bilsin mövsümün sonuna kimi “Qəbələ”nin baş məşqçisi olsun. Onun əsas komandada işi nə vaxt yeni baş məşqçi tapılacaqsa, onda bitəcək”.
“Qəbələ” evdə “Simurq”la oyunda uğursuz seriyaya son qoymağa çox yaxın idi. Ancaq yeni transferlərdən rumıniyalı Kristian Pulhakın son dəqiqələrdə etdiyi səhv 3 xalın əldən çıxmasına səbəb oldu.
Bəs görəsən, Pulhak və onun komanda yoldaşlarını Zaqatala klubuna qalib gələ bilmədiklərinə görə hər hansı bir cəza gözləyirmi? Əzizovun cavabı belə oldu: “Hələlik hansısa futbolçu cəzalandırılmayıb və ya maddi sanksiya ilə üzləşməyib. Ancaq qarşıdakı oyunlarda rəhbərliyin qərarına əsasən belə cəzaların verilməsi istisna deyil”.
Səbuhi TOFİQOĞLU

0
0