“Azərbaycanda məni bəyənmədilər”
08.04.2013 - 10:48
“Neçə vaxtdır legioner həyatı yaşamaq arzusundayam. Avropa ölkələrindən birində çıxış etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri nigeriyalı futbolçu Bişop Onyeudo deyib.
30 yaşlı sol cinah hücumçusu Azərbaycan klublarından birinə keçidinin mümkünlüyünə və transferin alınmamağına təəssüfləndiyini açıqlayıb. Hazırda “Qombe Yunayted” klubunun şərəfini qoruyan Onyeudo hansı komandamız tərəfindən bəyənilmədiyini gizli saxlayıb: “Ötən “transfer pəncərəsi”ndə əlimə belə bir imkan düşmüşdü. Azərbaycan klublarından biri məni düşərgəsinə dəvət etmişdi. Orada özümü yaxşı tərəfdən göstərməli idim. Təəssüf ki, Azərbaycanda məni bəyənmədilər”.

0
0