“Hacıyevin dedikləri bəraət üçündür”
08.04.2013 - 11:27
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XXV turunun “Qarabağ”la oyunundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev ciddi ittihamlar səsləndirib. O, 1:2 hesablı məğlubiyyətə səbəb kimi hakim səhvlərini göstərib. Hacıyevin fikirlərini necə qarşıladınız?
- Deyib, deyib də. Nə edək, ağsaqqal adamdır. Uduzan komanda rəsmiləri nəsə danışmalıdır.
- Qalmaqalla yekunlaşan həmin görüşü izləmisiniz?
- Canlı yox, amma təkrarına baxdım.
- Hacıyevin şikayətləndiyi hakim səhvlərini gördünüzmü? O, nə dərəcədə haqlıdır?
- Hakim səhvləri hər oyunda olur. Əsas odur qərəzsiz olsun. “Neftçi” – “Qarabağ” matçında da qərəzsiz səhvlər var idi. Hətta deyərdim ki, bu matçın hakimləri “Qarabağ”a qarşı daha çox səhv edib, nəinki “Neftçi”yə.
- Bəs Hacıyev niyə belə ittihamlar səsləndirir?
- Baş məşqçidir də, deyir....
- Bunun səbəbi nədir?
- Səbəb sadədi: Böyükağa Hacıyevin dedikləri rəhbərlik qarşısında bəraət qazanmaq üçündür.
- Baş məşqçi “Qarabağ”a rəğbətinizin olduğunu da iddia edir...
- Biz - AFFA da, PFL də, hakimlər də çalışırıq ki, çempionatımız daha maraqlı keçsin, daha düzgün mübarizə getsin. Heç bir oyunu hakimlər və ya biz həll etmirik. Hər şey meydanda 90 dəqiqə ərzində bilinir. Kimin güclü olduğunu futbolçular müəyyənləşdirir.
- Çempionatın maraqlı keçməsinə çalışdığınızı qeyd etdiniz. Hacıyev bununla bağlı da iddia irəli sürüb. O deyir ki, çempionatı maraqlı etmək üçün ssenari hazırlanıb. Buna uyğun “Neftçi” uduzdurulub, “İnter” qalib gəlib ki, intriqa azalmasın...
- Əgər belədirsə, onda “Bakı” niyə şikayət etmir? Onda onlar da iddia etsinlər ki, uduzdurulublar. Ya da ötən tur “Neftçi”yə uduzan “İnter” şikayət edəydi.

0
0